Nərminin qatilinin həbs müddəti bitdi:

Nərminin qatilinin həbs müddəti bitdi: Azad ediləcək? - Video

Bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun 2 aylıq həbs müddəti bitir.

Bu müddət başa çatsa da, İ.Süleymanovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə hələlik keçirilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Tovuz Rayon Məhkəməsi İ.Süleymanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər