Neymar mətbuat konfransında ağladı

Neymar mətbuat konfransında ağladı 

Braziliya milli komandasının futbolçusu Neymar mətbuat konfransında göz yaşlarına hakim ola bilməyib.

Bu, "pentakampeonlar"ın Yaponiya üzərində 3:1 hesablı qələbə qazandıqları yoldaşlıq görüşündən sonra baş verib.

Baş məşqçi Tite 25 yaşlı hücumçu ilə aralarında problemin olduğuna dair xəbərlərə münasibət bildirdiyi vaxt Neymar ağlayıb. 56 yaşlı mütəxəssis deyib: "İnsanlar Neymarla problemimin olduğunu daim qabardırlar. Belə söz-söhbətləri eşitməkdən bezmişəm. Heç birimiz ideal deyilik. Neymarın böyük ürəyi var".

Bu sözlərdən sonra forvard göz yaşları içində baş məşqçiyə təşəkkür edərək, konfrans otağını tərk edib.

Qeyd edək ki, Yaponiya ilə qarşılaşmada Neymar iki penaltidən birini dəqiq yerinə yetirdiyi halda, digərindən yararlana bilməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər