Nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə QİÇS aşkarlanıb
2020-cu il ərzində nikaha daxil olmaq istəyən 75 857 nəfər müayinədən keçib.
Müayinədən keçənlərdən 2 541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb.
Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub.
Təkcə dekabr ayı ərzində isə 5 828 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 217 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə sifilis, 8 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub.
2015-ci ildən indiyədək 711 221 nəfərdə qan müayinəsi aparılıb. 24 434 cütlükdən birində talassemiya daşıyıcılığı, 283 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 649 nəfərdə sifilis, 715 nəfərdə HİV(QİÇS) qeydə alınıb". /Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın