Nikol şok detalları açdı: Xankəndi və 25 min əsgəri itirirdik

Nikol şok detalları açdı: Xankəndi və 25 min əsgəri itirirdik 

Bəyanatın (Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabrda imzalanan Bəyanat nəzərdə tutulur – red.) erməni cəmiyyətində ciddi narahatlıq yaratdığını başa düşürəm. Ancaq imzalanan sənəd hələ “Qarabağ”ın həlli ilə bağlı son deyil.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

O bildirib ki, Ermənistan və erməni xalqı çox ağır günlər yaşayır - ürəkdə kədər, gözlərdə yaş:

“27 sentyabrda müharibə başladı və Bəyanat imzalanması ilə başa çatdı. Çoxsaylı suallar doğuran Bəyanata görə məndən cavab gözləyirlər. Niyə sənəd imzalandı? Bu ona görə baş verdi ki, Baş Qərargah artıq hər dəqiqənin vacib olduğu, müharibənin dayandırılması vacibliyi barədə məruzə etdi”.

Paşinyan bildirib ki, Azərbaycan Ordusunun Xankəndini götürməsi an məsələsi idi:

“Çoxları deyir ki, əgər Hadrut və Şuşanı itirmişiksə, onda Xankəndinin itirilməsinin nə fərqi var ki?!

Halbuki Xankəndi itirilən kimi Əsgəran və Ağdərə (Martakert) də itiriləcəkdi. Çünki bu şəhər və rayonlarda müdafiə istehkamları yoxdur. Həm də döyüş qabiliyyətli qüvvələr yox idi ki, bu rayon və şəhəri qorusun.

Bu rayonlar itirilən kimi bizim orda olan 20 min əsgərimiz və xeyli zabitimiz üzük qaşı kimi mühasirəyə düşürdü. Onlar ya öləcəkdilər, ya da əsir düşəcəkdilər. Bu halda Kəlbəcər və Laçının itirilməsi qaçılmaz idi”.

Paşinyanın sözlərinə görə, komandirin funksiyası əsgərin qarşısına vəzifə qoymaqdır. Ancaq əsgər bu vəzifənin öhdəsindən gələ bilmirsə və heç nədən ölə bilərsə, onda vətən əsgərin həyatı naminə qurban verməlidir:

“Məhz buna görə mən bu məyusedici razılaşmanı imzaladım və 25 min əsgərin həyatını öz həyatımdan və siyasi karyeramdan üstün tutdum".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi