Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan

Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan 

Ermənistan Baş nazirinin Su-30-la bağlı “təyyarələri siz alardınız (keçmiş hökumət), raketlər bizə qalardı” bəyanatı uşaqlıqdır.

Bunu Ermənistan Baş Qərargahının sabiq rəisi Movses Akopyan deyib.

“Bu o deməkdir ki, ailənin hansısa üzvü uşaq üçün velosiped, digəri isə detallarını almalıdır”, – deyə o bildib.

Akopyana görə, Su-30 təyyarələri üç funksiyanı icra etməliydi, lakin Ermənistanda olan Su-30-larda bir funksiya çalışmayıb. O, məhz bunun üçün Su-30-ların havaya qalxmadığını bildirib:

“Ümumiyyətlə, biz gərək aviasiyamızın istifadəsinə diqqət yetirək. Ordumuzun aviasiyasına kifayət qədər böyük məbləğ xərclənib. Təkcə bu təyyarələrin yanacağına bütün ordu üçün nəzərdə tutulandan daha çox pul gedib. Bizim aviasiya personalımızın əmək haqqı bütün 3-cü ordu korpusunun maaşından çoxdur. Bu pullar ordunun büdcəsindən kəsilərək aviasiyaya xərclənib. Bəs niyə o tətbiq edilməyib? Bizim personalımız haradadır? Təyyarələrimiz məhv edilib”.

Bununla bərabər o, “İsgəndər”lərin Azərbaycana qarşı istifadə edildiyini deyib:

“İsgəndər”in tətbiqi faktdır. “İsgəndər” partlamaya bilməzdi”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi