Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-

Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir- Son üç ildə onlarla park...- FOTO

Nizami rayonunda abadlıq-yenidənqurma işləri son üç ildə geniş vüsət alıb.Onlarla yeni park salınıb,insanların istirahətinin daha səmərəli təşkili məqsədilə digər parkllar təmir edilib.Küçə və səkilərə yeni asfalt döşənilib.Bununla belə Qara Qarayev prospekti boyunca yaşayış binalarının balkon və divar örtükləri təzələnib.

Faktinfo.az xəbər verir ki, hazırda bir neçə  binanın həyətində yeni park salınır,müasir idman qurğuları quraşdırılır,binaların blokları təmir edilir,pəncərələri yenilənir.

Hazırda sayta verilən məlumata ğörə,ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır. Hazırda yeni, müasir layihə əsasında Nizami rayonu, Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt-beton örtüyü döşənilir, avtomobillərin maneəsiz hərəkətinin təmin edilməsi üçün müasir yol infrastrukturu yaradılır.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısının da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar.

Eyni zamanda, küçə kənarlarında yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Rayon ərazisindəki küçələrdə səki və keçidlərə dekorativ daş döşənir, yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.

Aparılan abadlıq-quruculuq işlərinin sürəti daha da artırılmışdır.

Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-Nizami rayonunda abadlıq-yenidənqurma işləri davam etdirilir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər