Nizami rayonunda infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir- - FOTOLAR
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının və yarada biləcəyi təhlükənin qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə rayon ərazisində qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri aparılır.
Faktinfo.az-a rayon icra hakimiyyətindən verilən məlumata görə,koronavirus infeksiyasına yoluxmanın sürətini azaltmaq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə sosial təcridin gücləndirilməsi, habelə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, xidmət sahələrinin nümayəndələri və polis əməkdaşlarından ibarət yaradılmış mobil qrupların fəaliyyəti gücləndirilib.
Mobil qruplar tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri aparılaraq, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmaları, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələri tövsiyə edilib.
Bundan əlavə, rayon ərazisində tək yaşayan və qayğıya ehtiyacı olan insanların siyahısı hazırlanıb, onlara ərzaq və tibbi ləvazimatların alınması təşkil edilir.
Bu xəbər üçün şərh yazın