Nizami rayonunda qanvermə aksiyası keçirilib- - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Nizami rayonu da qoşulub.
Faktinfo.az xəbər verir ki,Heydər Əliyev Fondunun çağırışına cavab olaraq, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 16 may 2020-ci il tarixində YAP Nizami rayon təşkilatında qanvermə aksiyası keçirilib. Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Qeyd edək ki, dünyada koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu kimi sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu xəbər üçün şərh yazın