Norveçli mütəxəssis ADAU tələbələrinə seminar keçib - FOTO
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 sayılı Tələbə evində Nizami Gəncəvi İrsinin tədqiqatçısı, araşdırmaçı Ragnhild Thori tərəfindən seminar keçirilib.
Faktinfo.az saytına universitetdən verilən məlumata görə, müxtəlif fakültələrindən olan tələbələrin iştirakı ilə keçirilən seminar “Nizami Gəncəviyə əcnəbilərin gözü ilə baxış, xüsusilə “Leyli və Məcnun”a” mövzusunda olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Ragnhild Thori 25 iyun 2021-ci il tarixində ADAU tərəfindən təşkil edilən “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı “Nizami Gəncəvi ili”nə həsr olunmuş xarici və ölkə alimlərinin iştirakı ilə keçirilən onlayn beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın