Oğuzlu qadınların seçimi:

Oğuzlu qadınların seçimi: Daha güclü Azərbaycan naminə Aqiyə Naxçıvanlıya səs verəcəyik!

Fevralın 5-də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayon qadınları ilə görüşdü.

Tədbiri açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Aqiyə xanımın həyatı, onun V çağırış Milli Məclisin deputatı olduğu dövrdə həm də “Ailə, qadın və uşaq məsələləri” komitəsinin sədri kimi fəaliyyəti və bu sahədə qəbul edilmiş qanunlar barədə danışdı. Deputatlığa namizədin vəkili Emin Əzimli isə öz çıxışında Aqiyə Naxçıvanlının indiyədək çalışdığı vəzifələr, aldığı təltiflər və partiya komitəsindəki fəaliyyəti barədə danışdı. Aqiyə xanımın bir nümunəvi qadın kimi bütün Azərbaycan qadınları adına yüksək imic gətirdiyini deyən çıxışçı qeyd etdi ki, Azərbaycanın, Oğuzun xoş gələcəyi var, bu da Aqiyə xanım kimi iradəli, çalışqan insanların sayəsində mümkündür.

Çıxış üçün söz alan Hənifə Fətəliyeva, Mehriban Heydərova, Təranə Zəkəriyyəyeva, Xəyalə Yusubova, Nigar Cəfərova, Pərvanə Əhmədova, Xatirə Novruzova, Nahidə Aşurova və başqaları onlarla görüşə gəldiyi üçün Aqiyə Naxçıvanlıya minnətdarlıq etdilər. Aqiyə xanımın onların yetışdirdikləri şagirdlərə ali məktəblərdə necə dayaq olmasından, gənc müəllimləri müxtəlif nominasiyalarda həvəsləndirməsindən, həm də səriştəli təhsil işçisi kini ümumilikdə təhsilə olan qayğısından söhbət açdılar. Hər zaman onları diqqətdə saxladığını, problemlərinə biganə qalmadığını qeyd etdilər. Oğuzda uşaq yaradıcılıq məktəbində uşaqlara müxtəlif sənətlərin öyrədilməsindən, əlil uşaqların qabiliyyətinin üzə çıxarılmağından və onların gələcək həyata həvəslə hazırlamaqlarından danışdılar. Cixiş edənlər Oğuzda Heydər Əliyev Mərkəzinin inzibati binasının yarımçıq qalmış tikintisinin davam etdirilməsinə, gənclər üçün iş yerlərinin açılmasına müəyyən dəstəyin göstərilməsini xahiş etdilər.

Seçıcı qadınlara onunla görüşə gəldikləri üçün minnətdarlıq edən Aqiyə Naxçıvanlı, qadının zərif olduğu qədər güclü, iradəli, mübariz olduğunu da qeyd etdi. O, çıxışında -“Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib. Ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi hər zaman onun diqqəti mərkəzində saxlanılıb. Ulu öndər tərəfindən əsası qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar yüksək postlarda, qeyri-dövlət

strukturlarında ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyətləri ilə seçilirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan qadını üçün bir nümunədir” - deyə vurğuladı.

O, çıxışının sonunda “Mən sizə tövsiyə edərdim ki, güclü Azərbaycana, sabitliyə, əminəmanlığa səs verəsiniz.” –dəyərək, fevralın 9 –da keçiriləcək növədənkənar parlament seçkilərində Oğuz qadınlarını öz seçki hüquqlarından istifadə edərək fəal olmağa çağırdı. Bütün Azərbaycan qadınlarının evlərinə bol ruzi bərəkət, ailələrinə xoşbəxtlik arzuladı.

Oğuzlu qadınlar həmyerliləri Aqiyə xanımla fəxr etdiklərini, seçkilərədə öz ailələri ilə birlikdə onu dəstəkləyəcəklərini və daha güclü Azərbaycan naminə seçımlərinin məhz Aqiyə Naxçıvanlının olacağını bildirdilər.

Faktinfo.az

Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:Oğuzlu qadınların seçimi:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər