Ölkəmizdə daha 105 nəfər koronavirusa yoluxdu
Bu gün 105 nəfərdə yeni yoluxma halı aşkarlanıb.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
“Laboratoriyalarımız əksər bölgələrimizi əhatə edir. Gələn həftə Şəkidə və Sumqayıtda laboratoriya açılacaq.
105 rəqəminin içində Naxçıvanda aşkar edilən xəstələr də vardır”.
O qeyd edib ki, hazırda ölkəmizdə ümumilikdə 822 yoluxma halı var:
“Bu gün 19 nəfər sağalıb və evə buraxılıb. Ümumi sağalan 63 nəfərdir. 8 nəfər bu virusdan ölüb, 750 nəfər aktiv xəstə var.
53 min nəfər test edilib, bu gün 3 min test edilib. Ötən həftə ilə müqayisədə yoluxma halının artması müşahidə olunur”.
TƏBİB rəsmisi bildirib ki, karantin rejiminə əməl edilmədiyi üçün yoluxma artır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın