Ölkəmizdə ixracına qadağa qoyulan malların – Siyahısı
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalayıb.
Faktinfo.az saytı Axar.az-a istinadla gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısını təqdim edir:
1. Diri iribuynuzlu mal-qara
2. Diri qoyunlar və keçilər
3. Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti
4. Dondurulmuş iribuynuzlu mal-qara əti
5. Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti
6. Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti
7. Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti
8. Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları
9. Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları
10. Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq
11. Kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar; südlü pastalar
12. Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları
13. Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən faraş kartof istisna olmaqla)
14. Dənli bitkilər
15. Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü
16. Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem
17. Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları
18. Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla
19. Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ
20. Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri
21. Qarğıdalı yağı və onun fraksiyaları, xam yağ
22. Qarğıdalı yağı və onun fraksiyaları, digərləri
23. Bitki piyləri və yağları və onların fraksiyaları
24. Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları və ya hazır məhsulları
25. Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza
26. Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar üçün hazır məhsullar
27. İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus
28. Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem
Bu xəbər üçün şərh yazın