"Onda gələcəyimi, sonumu görmürəm” -Şəbnəm Tovuzlu
Müğənni sayılan Şəbnəm Tovuzlu həyat yoldaşından ayrılması haqda danışarkən bir sayta belə deyib:
“Düşündüm ki, ömrümün sonuna qədər onunla addımlaya bilmərəm. Onda gələcəyimi, sonumu görmürəm”.
P.S. Ay Şəbnəm, keçmişi olmayanın gələcəyi necə ola bilər ki, hələ onun sonunu da görə biləsən? Həyat yoldaşınla ömrünün sonuna qədər addımlaya bilmədiyini görüb ayrılmağa qərar vermisən. Düz eləmisən. Şair Söhrab Tahirin “Moddur indi” şeirində dediyi kimi eləmisən:
“Ağac saçı, yol onu sən,
Saçı yolmaq moddur indi.
Bir il qaldın, boşan ərdən,
Ərsiz qalmaq moddur indi”.
İndi ay Şəbnəm, maraqlıdır dediyin o sponsor Həci bu məsələyə necə baxır? Ərsiz qalmağın Həcinin puluna təsir edib, narahat etmir ki?/Təzadlar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın