Onlar AMEA-nın birinci vitse-prezidentləri seçildilər
AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.
Faktinfo.az xəbər verir ki, Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb. O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.
Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın