OPEC+ ğlkələrin iclasının gündəmə gəlməsi neft qiymətlərini artırdı
Səudiyyə Ərəbistanı hökumətinin neft hasilatını azaltmaqla bağlı yeni razılaşmanı müzakirə etmək üçün OPEC+ formatı çərçivəsində təcili görüş keçirəcəyinin gündəmə gəlməsi neft qiymətlərinin artmasına səbəb olub.
Faktinfo.az xəbər verir ki,Səudiyyə Ərəbistanı hökuməti neft bazarında tarazlığı bərpa etmək üçün yeni razılaşmaya dair müzakirə aparmaq üçün OPEC+ formatında təcili görüş keçirmək təşəbbüsünü irəli sürüb.
Bundan sonra Londonun İCE birjasında “Brent” markalı neftin bir bareli 32,73 ABŞ dollarına, yəni əvvəlki hərraca nisbətən 7,99 ABŞ dolları (32,3%) baha satılıb.
Həmçinin, Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərrac zamanı WTI markalı neftin bir bareli 6,63 ABŞ dolları (32,64%) bahalaşaraq 26,94 ABŞ dollarına satılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın