“Ordumuz 25 kilometr irəliləyib” – Generaldan açıqlama

“Ordumuz 25 kilometr irəliləyib” – Generaldan açıqlama 

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov cəbhə bölgəsindəki son vəziyyəti dəyərləndirib.

O, Türkiyənin nüfuzlu nəşri olan “Hürriyyət” qəzetinə açıqlamasında Azərbaycan Ordusunun irəliləməkdə davam etdiyini bildirib. “Əvvəlcə düşmənin atəş nöqtələrini hədəfə alırıq. Bu günə qədər düşmənin 250 tank və digər zirehli texnika, 270 artilleriya yaylım atəşli raket sistemləri, 60 havadan müdafiə vasitələri, 11 komandir idarəetmə və komanda-müşahidə məntəqəsi, 150 hərbi avtomobil və texnikası, 7 silah-sursat anbarı və 1 ədəd S-300 zenit-raket kompleksini məhv etmişik.

Ordumuz bu günə qədər 25 kilometr irəliləyib. İşğal altında olan 27 yaşayış məntəqəsi azad edilib. Ermənistan ordusu müqavimət göstərə bilmədi. Səngərlərini qoyub qaçdılar. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün savaşır. Öz torpağımız, öz vətənimiz üçün döyüşürük. Hər kəs bunu belə bilsin. İşğal altındakı bütün torpaqları azad etməyənə qədər dayanmayacağıq. Torpaqlarımızı azad etməyə, qələbəyə az qalıb”, - deyə general-mayor əlavə edib.

Hüseyn Mahmudov cəbhədəki uğurlara görə Türkiyənin Pilotsuz Uçuş Aparatlarının (PUA) böyük rolulunun olduğunu deyib: “Türkiyədən satın aldığımız PUA-lar gücümüzə böyük güc qatdı. Ordumuzun döyüş qabiliyyətini artırdı. Havadan müadfiə sistemimizə böyük faydası oldu”.

General əlavə edib ki, Azərbaycan Ordusu Qarabağda təkcə Ermənistan silahlı qüvvələri ilə deyil, terror qruplarla da döyüşür: “Azərbaycan Ordusu sadəcə işğalçı Ermənistanla deyil, cəbhəyə Liviyadan, Suriyadan gətirdikləri terror təşkilatları ilə də döyüşür. Kimi gətirirlər gətirsinlər, kimdən dəstək alırlar alsınlar, Azərbaycan Ordusunu dayandıra bilməyəcəklər”.

Hüseyn Mahmudov bildirib ki, Ermənistan bölgəni terror yuvasına çevrimək istəyir. “Buna imkan verməyəcəyik. Ermənistan silahlı qüvvələrini də onlara dəstəyə gələn terror təşkilatlarını Qarabağdan təmizləyəcəyik”, - deyə general vurğulayıb.

General Ermənistanın Bakı-Tiflis-Ceyhan neft kəmərini hədəfə almasına da toxunub: “Ermənistan ordusu cəbhədə Azərbaycanın qarşısında dayan bilmir. Böyük itkilər verir. Məğlub olan, silahlarını ataraq səngərdən qaçan Ermənistan ordusu indi təxribatlara əl atıb.

Əvvəlcə mülki vətəndaşların, məsum insanların yaşadığı əraziləri vurdular. Cəbhə xəttindən 100 kilometr aralıda yerləşən Gəncəyə, Mingəçevirə raket atdılar. Enerji blokunu hədəfə aldılar, indi də Bakı-Tiflis-Ceyhan neft kəmərinə hücum edirlər. Cəbhədə məğlub olan Ermənistan bu təxribatları ilə üçüncü ölkələri də münaqişəyə cəlb etmək istəyir. Biz bu təxribatlara uymayacağıq, cəbhədəki uğurlarımızla bu təxribatları boşa çıxaracağıq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi