"Ötən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib" -

"Ötən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib" - DİM

Ötən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib.

Report.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidənhazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinə sorğular göndərib. Nəticədə 98 nəfərin diplomunu hüquqi əsası olmadığı müəyyən edilib. Bunlardan 85-i bakalavr, 2-si orta ixtisas və 11-i yenidən hazırlanma üzrədir.

Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər