PA-nın yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.
O, məlumatı təsdiq edib:
“Bəli, vəzifəmdən azad olunmuşam. Hələ ki başqa vəzifəyə təyin edilməmişəm”.
Qeyd edək ki, Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın