Pakistan ayağa qalxdı-

Pakistan ayağa qalxdı- Minlərlə insan İmran Xan üçün küçələrə axışdı-VİDEO

Pakistanın paytaxtı İslamabadda etimadsızlıq göstərilərək vəzifəsindən uzaqlaşdırılan Baş nazir İmran Xanın minlərlə tərəfdarları dəstək mitinqi keçirir.

Faktinfo.az xəbər verir ki, Pakistan mediası bununla bağlı görüntülər paylaşıb.

Qeyd edək ki,Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 174 deputatın səsini almağa nail olan müxalifət İmran Xana etimadsızlığı təsdiqlədib.

Onu da qeyd edək ki,bir neçə gün əvvəl İmran Xan  bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır. “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”, – İmran Xan deyib.






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi