Pambıq ixracı azalıb, elektrik enerjisi ixracı artıb

Pambıq ixracı azalıb, elektrik enerjisi ixracı artıb 

Dövlət Gömrük Komitəsi bu ilin birinci rübünün yekunları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

AzPolitika.info xəbər verir ki, ilk 4 ayda qeyri-neft ixracının 23% və ya 222 mln. dollar artdığı qeyd olunub.

İqtisadçı Rövşən Ağayev bildirir ki, ixracın əmtəə strukturuna baxdıqda, bu artımın əsasən elektrik enerjisi ixracı hesabına baş verdiyi görünür.

“Bu məhsul üzrə ixrac 9.5 dəfə artaraq 33 mln. dollardan 313 mln. dollara çatıb”, - o əlavə edib.

Ekspert bildiri ki, elektrik enerjisi ixracının ümumi qeyri-neft ixracında xüsusi çəkisi 3,4%-dən 26%-ə yüksəlib.

“Təbii qaz hesabına alınan enerji məhsulunu qeyri-neft-qaz məshulu kateqoriyasına aid etmək və bunun sayəsində qeyri-neft ixracında yüksək artımı göstərmək bir ayrı mövzudur”, - iqtisadçı vurğulayıb.

Digər məhsulların ixracında durum necədir?

R.Ağayev bildirib ki, meyvə-tərəvəzi ixracı 1.5 mln. dollar azalma ilə 161 mln. dollara, metal ixracı 148 mln. dollardan 105 mln. dollara, kimya sənayesi məhsullaının ixracı 129 mln. dollardan 90 mln. dollara, pambıq ixracı 121 mln. dollardan 52 mln. dollara enib.

Ekspert qeyd edib ki, içki ixracı artaraq 3.1 mln. dollardan 20 mln. dollara, çatıb, plastmas ixracında da yüksəliş var - 140 mln. dollardan 160 mln. dollara çatıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi