Parisdə tətil və nümayişlər başlayıb- Təqaüd islahatına qarşı
Fransada təqaüd islahatına qarşı etiraz tətil və nümayişləri davam edir.
Hökumətin təqaüd islahatlarına dair qanun layihəsinin tam versiyasının təqdimatı ərəfəsində dekabrın 10-u ikinci ümumi tətil və nümayiş keçirilir.
CGT, FO, Solidaires və FSU kimi böyük həmkarlar təşkilatları və 4 gənclər təşkilatı bu gün ümumi nümayişə çağırışlar edib. Səhər saatlarından paytaxt ətrafında tıxacın uzunluğu 400 kilometrə çatıb.
Ölkə üzrə hər 5 sürət qatarından (TGV) biri fəaliyyət göstərir, paytaxtda 11 metro xəttinin tamamilə bağlı olacağı bildirilib. Şəhər daxili avtobus və tramvayların 50 faizi xətə çıxacaq.
Parisdə müəllimlər Milad bayramına qədər tətili davam etdirəcəklərini bildiriblər.
CGT həmkarlar təşkilatı 8:00-dək neft emalı zavodunun blokadaya alınması haqqında məlumat yayıb. Nümayişçilər tətilin uğurunu həmkarların birliyində görürlər(azərtac).
Bu xəbər üçün şərh yazın