Partiya sədirliyinə namizədlər debatda qarşılaşacaq – Vaxt açıqlandı

Partiya sədirliyinə namizədlər debatda qarşılaşacaq – Vaxt açıqlandı 

Müsavat başqanlığına namizədlər arasında debat keçiriləcək.

Bu barədə hazırkı başqan, partiya rəhbərliyinə yenidən namizədliyini irəli sürmüş Arif Hacılı bildirib.

“Oktyabrın 9-da arzu edən bütün mətbuat nümayəndələrinin iştirakı ilə başqanlığa namizədlərin debatı olacaq. Debat bunu məqbul hesab edən bütün TV kanallarında canlı yayımlanacaq.
Bu gün debatın aparıcısı barədə razılığa gəldik. Debatın aparıcısı müstəqil jurnalist İzolda Ağayeva olacaq”.

Arif Hacılı debatda başqanlığa digər iki namizədlə – tanınmış müsavatçılar Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə üz-üzə gələcək.

Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi