Partiya sədri: "Kosmosda iki peykimiz var, amma Qax, Qəbələ və Oğuzda vətəndaşlar təzək yandırır..."
“Kosmosda iki peykimiz var, amma Qax, Qəbələ və Oğuzda vətəndaşlar təzək yandırır, meşədən odun yığıb gətirirlərsə, bunun adı nədir?!
Bu, romantika deyil. Neft-qaz ölkəsində, Avropaya neft, qaz satan, əsas tranzit xəttlərin üzərində olan Azərbaycanda kəndlərdə təbii qaz problemi yaşanır”.
Faktinfo.az xəbər verir ki,bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, hazırda qış mövsümü gəlir, partiyaya müxtəlif müraciətlər daxil olur: “Demək olar ki, hər rayonun hansısa kəndində qaz problemi var. Məsələn, təkcə elə Qəbələnin 28 kəndində təbii qaz yoxdur. Eyni zamanda, Qaxın və Oğuzun bir sıra kəndlərində də eyni problem yaşanır. Hətta Bakıya yaxın olan bir sıra rayonların ərazisində də təbii qazın verilməsində problemlər var. Lakin nəzərə almaq lazımdır ki, həmin rayonlardan magistral qaz xətti keçir. Yəni, XXI əsrdə biz öz kəndlərimizi qazlaşdıra, vətəndaşların istilik, su, elektrik kimi təməl ehtiyaclarını təmin edə bilmiriksə, böyük dövlət iddiasında ola bilmərik. Ümumiyyətlə isə “Azəriqaz”ın fəaliyyəti qənaətbəxş deyil”.
Bu xəbər üçün şərh yazın