Paşinyana sui-qəsdin qarşısı alındı: saxlanılanlar var

Paşinyana sui-qəsdin qarşısı alındı: saxlanılanlar var 

Ermənistanın aş naziri Nikol Paşinyana qarşı sui-qəsdin qarşısı alınıb.

Bu barədə Ermənistan təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata əsasən, Qarabağda könüllü dəstənin komandirlərindən olan Aşot Minasyan döyüş əməliyyatları zonasından xeyli sayda silah gətirib. Hökumət əleyhinə partiyalarla əlbir olaraq Minasyan Nikol Paşinyanı öldürməyə hazırlaşıb. Məqsəd hakimiyyətin qəsb edilməsi olub.

Qeyd olunub ki, A.Minasyan, təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Avanetsyan və keçmiş deputat Vaqram Baqdasaryan saxlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi