Paşinyanın arvadı da “sarsaqladı”! -

Paşinyanın arvadı da “sarsaqladı”! - "Qarabağa gəl, muğama qulaq as"

Ermənistanın birinci «harsın»ı Anna Akopyan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı işğal altında olan Dağlıq Qarabağın Xankəndi şəhərinə qonaq dəvət edib.

Annanın qeyd etdiyi kimi, əgər xanım Əliyeva bu dəvəti qəbul etsə, onun özü Bakıya səfər etməyə hazırdır. Bu barədə dekabrın 4-də baş nazirin arvadı Yerevanda keçirilən «Sülhün bərqərar olmasında qadınların rolu. İmkanlar və çağırışlar» konfransında bəyan edib.

Onun sözlərinə görə, erməni tərəf «qonağı necə qəbul etməyi yaxşı bilir». Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Mehriban Əliyeva özünün “Teleqram” kanalında yazıb ki, onun arzusu Qarabağda muğama qulaq asmaqdan ibarətdir.

«Biz, muğam təşkil edə bilərik - o, qulaq asa bilər. Ancaq əgər Mehriban Əliyeva «muğama qulaq asmaq» bəhanəsi altında müharibəni nəzərdə tutursa, o zaman bu arzu yerinə yetməmiş qalacaq. Əgər onlar müharibəyə başlasa, güman ki, yeni ərazilər meydana gələcək və oralarda muğam arzuya çevriləcək .Bircə yol var - Arsaxa sülh və mehriban qonşuluq, qonaq qismində qarşılıqlı səfərlər» - deyə, Anna qeyd edib.

Xatırladaq ki, bu fikri bir müddət əvvəl Ermənistanın müdafiə naziri Tonoyan da söyləmişdi. O zaman bu dığaya layiqli cavab verilsəydi, indi «harsın» belə axmaq fikrə düşməzdi. Görünür Anna (və digər «harsın»lar!) hələ ki, Allah yoluna gəlməyib! Belədə, Azərbaycanın bircə yolu qalır - bu «vəfalı zövcə»ni tezliklə başa salmaq! Bunu da ki, gərək Zakir müəllim eləsin…

Hə, Zakir müəllim nə deyirsən?...

Mirzə AĞ 

AzPoliika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi