“Paşinyanın dediklərini təəccüblə izlədik” – Türkiyənin vitse-prezidenti
“Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana aid olması haqqında dediklərini təəccüblə izlədik”.
Report.az-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
“Düşünürəm ki, bu tip populist fikirlər danışıqlara mənfi təsir edir. Dünya ictimaiyyəti də bu məsələyə səssiz qalmamalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 1 milyondan artıq məcburi köçkünün tezliklə torpaqlarına qayıtmasını arzu edirik”, – deyə, F.Oktay vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın