Fransa prezidentliyinə namizəd Pekresin Azərbaycana girişi qadağan edildi

Fransa prezidentliyinə namizəd Pekresin Azərbaycana girişi qadağan edildi 

Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekresin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekres Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi