Pənah Hüseyn PA-ya çağırıldı
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Bu barədə P.Hüseyn özü məlumat paylaşıb.
O qeyd edib ki, bu gün Administrasiyanın binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiyayla birgə partiya və dövlət münasibətləri, ofis və s. məsələlər ətrafında əvvəllər etdikləri müraciət əsasında görüş olub.
AXP sədri görüşün təfərrüatını açıqlamayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın