Penitensiar xidmətdə 77 şəxsin biliklərinin yazılı qaydada yoxlanılması həyata keçirilib

Penitensiar xidmətdə 77 şəxsin biliklərinin yazılı qaydada yoxlanılması həyata keçirilib 

Penitensiar xidmətdə qulluğa qəbul üzrə Müsabiqə Komissiyası “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə fəaliyyətini davam etdirir.

Faktinfo.az xəbər verir ki,müsabiqə komissiyası tərəfindən müəyyən edilmiş suallar üzrə 13.10.2023-cü il tarixdə orta rəis heyətində qulluq keçmək arzusunda olan 77 nəfər şəxsin biliklərinin yazılı qaydada yoxlanılması həyata keçirilib.

Uğur qazanmış namizədlər növbəti mərhələdə keçiriləcək müsahibəyə dəvət ediləcəklər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi