PKK-çı qadın İmamoğlunun ofisində aşkarlandı - Foto - FOTO
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sosial xidmətində işləyən Şəfəq D. adlı qadının 2016-cı ildə Şırnak vilayətində PKK/KCK terror təşkilatı üzvlərindən əldə edilmiş sənədlərin arasından əlində silahla çəkilmiş fotosu tapılıb.
Avropa.info xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin əldə etdiyi dəlillər əsasında həmin şəxsin PKK terror təşkilatı ilə əlaqəsinin olduğu müəyyən edilib.
Terror təşkilat üzvü bu gün səhər saatlarında İstanbul Böyük Şəhər Bələdiyyəsinin binasında saxlanılıb. Şəfəq D. ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyük Şəhər Bələdiyyəsinin yüzlərlə əməkdaşının terror təşkilatlarına bağlılığı və ya əlaqəsinin olduğuna dair bildirişlər və təsbitlər əsasında xüsusi yoxlamaya başlanıldığını açıqlayıb.
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu baş verənlərə görə daxili işlər naziri Süleyman Soyluya etiraz edib.
Qeyd edək ki, bundan öncə də PKK ilə bağlantısı olan bəzi şəxslərin İBB-də işə götürüldüyü üzə çıxmışdı. Türkiyədə keçirilən bələdiyyə seçkilərində PKK-nın siyasi qolu HDP İmamoğlunu dəstəkləmişdi.
Bu xəbər üçün şərh yazın