“Planı 2024-cü ilə qədər SSRİ-ni bərpa etməkdir…”

“Planı 2024-cü ilə qədər SSRİ-ni bərpa etməkdir…” - Saakaşvili

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası kursunu götürüb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, belə məlumatla Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.

Saakaşvili deyib ki, Gürcüstanın indiki hakimiyyəti dövlətçiliyin qorunmasına qarşı qəsdin iştirakçısıdır. Onun fikrincə Rusiyanın təzyiqi ilə Gürcüstan hakimiyyəti NATO və Avropa İttifaqına üzvlük kursunu dəyişə bilər.

“Putin qərara alıb ki, 2024-cü ilə, yəni növbəti seçkilərə qədər Sovet İttifaqını bərpa etsin və bu məqsədlə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu, Ukraynanın qərbi istisna olmaqla əsas hissəsini özünə birləşdirsin. Onun planı belədir”,-Saakaşvili deyib.

O, məlumatın mənbəyini dəqiqləşdirməyib, amma əlavə edib ki, “Putin planı”nın tərkib hissəsinə indiki mərhələdə həmin ölkələri dünya siyasi arenasında neytralitet elan etməyə məcbur etmək və onların siyasi liderlərinin təsir imkanlarını zəiflətmək daxildir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi