Polad Həşimovun əsgəri general haqda xatirəsini bölüşdü

Polad Həşimovun əsgəri general haqda xatirəsini bölüşdü 

"Doqquz ayın əskəri idim və necə lazımdı xidmət edirdim, heç kimdən qulluqda geri qalmırdım. Bir gün ayağımı "botinka" döyüb yara etmişdi, axsayırdım, təsadüfən Həşimovla rastlaşdım.

"Niyə axsayırsan, Bədəlov" deyərək ciddi-ciddi baxdı. İlk öncə onun zəhmindən çəkindim, dilim dolaşa-dolaşa "ayağımı botinka döyüb, komandir" dedim. Üzümə baxdı, "vəndamlılar dözümlü olur, heç nə olmaz" deyərək gülümsəyib getdi".

 

Bu sözləri Sumqayıt şəhəri, Mikayıl Müşfiq adına 34 saylı orta məktəbin XI A sinfində şəhid General-mayor Polad Həşimovun əsgəri olmuş Roman Bədəlov deyib.

 

O, generalla bağlı xatirələrini bölüşüb:

 

"Mən də heç nə demədən gəldim batalyona, öz bölüyümüzə. Axşamüstü saat 5 olardı, mənə xəbər etdilər ki, səni ştaba çağırırlar və özüm də bilmədən, həm də qorxaraq getdim ki, görəsən nə olub. O vaxtlar atam xəstə idi, elə bildim atama nəsə olub. Gəldim ştaba və girdim içəri, dedilər HƏŞİMOV səni çağırır, qapısını döyüb içəri daxil oldum. "Keç əyləş, Bədəlov" dedi. "Baş üstə, komandir" deyib əyləşdim. Mənə məzuniyyət kağızı uzatdı və dedi, "get evinizə, ayağın sağalanda gələrsən". Düzdü, sevindim, amma sevinməyimə baxmayaraq, utanırdım, çünki o mənə dözümlü ol və kişi kimi əsgərlik et demişdi. Məzuniyyət kağızını alıb çıxanda "komandir, sənə kənddən nə gətirim gələndə" deyə sual verdim. Baxdı üzümə, gülümsəyərək dedi: "sağalmış ayağını gətir, başqa heç nə lazım deyil, hə, bir də gətirsən, bir cib fındıq gətirərsən". /publika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi