Pompeo utanmaqdansa Türkiyəyə böhtan atır! – Bakının cavabı

Pompeo utanmaqdansa Türkiyəyə böhtan atır! – Bakının cavabı 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 16-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeonun ötən cümə axşamı Qarabağ münaqişəsinə yönəlik səsləndirdiyi fikri şərh edib.

«Azərbaycan tərəf hesab edir ki, ABŞ dövlət katibinin sözügedən münaqişə barədə fikri bu ölkə hökumətinin ATƏT Minsk Qrupu həmsədrlərindən biri kimi, əvvəllər ifadə etdiyi çoxsaylı rəsmi bəyanatlarına uyğun gəlmir» - Azərbaycan XİN-in bəyanatında deyilir.

Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamentinin başçısı Pompeo oktyabrın 15-də «WSB» telekanalına verdiyi müsahibədə bəyan etmişdi ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə qarışması bu münaqişənin təhlükəsini artırır. Müsahibənin mətni ABŞ Dövlət Departamentinin saytında dərc olunub. «İndi bizim türklər var ki, Dağlıq Qarabağ tarixi döyüşlərinə qarışırlar, riskləri artırırlar, öz resurslarını Azərbaycana təqdim edirlər» - Pompeo qeyd etmişdi.

ABŞ diplomatiyasının başçısı əmin olduğunu bildirmişdi ki, "ermənilər son nəticədə Dağlıq Qarabağda Azərbaycanın və digər münaqişə tərəflərinin etdiklərindən qoruna biləcəklər, tərəflər danışıqlar masasına oturacaqlar". DD şefi qeyd etmişdi ki, vəziyyət sülh danışıqları yolu ilə tənzimlənməlidir. Türkiyənin rolundan bəhs edən Pompeo bu ölkənin guya, silahlı münaqişədə iştirakına qarşı çıxmışdı.

ABŞ görəndə ki, Türkiyə bu münaqişənin gedişində Azərbaycana kömək edir, Pompeo dərhal bildirib ki, prosesə xaricdən müdaxilə dayandırılmalıdır.

Amma ötən 30 ildə ABŞ özü hər il Dağlıq Qarabağ separatçılarına yardım adı altında yüz milyonlarla dollar vəsait ayırıb. İndi erməni separatçılar həmin pullara digər həmsədrlərdən (Fransa, Rusiya) aldıqları silahlarla Azərbaycana qarşı müharibə aparırlar. Erməni separatçılar ABŞ-ın verdiyi pulların bir hissəsi hesabına işğal etdikləri Azərbaycan ərazilərində ən mürəkkəb quruluşlu istehkamlar qurublar. Pompeo isə utanıb başını «paçasının arasında gizlətməkdənsə», Türkiyəyə böhtan atır ki, bu da vasitəçi missiyası ilə bir araya sığmır.

Mirzə AĞ

AzPolitika.info


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi