Prezident fərman imzaladı

Prezident fərman imzaladı 

Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslərin fərdi uçotu qaydası hazırlanacaq.


Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişikliyin tətbiqi barədə fərmanda əksini tapıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” qanuna uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu qaydasını dörd ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi