Prezident nazirin birinci müavinini işdən azad etdi
Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin fərmanına əsasən, struktur dəyişikliyi edilib və rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib, “birinci müavin və 2 müavin” isə 5 müavinlə əvəzlənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəzifəsi ləğv edilən nazirin birinci müavini Əli İzzət oğlu Abdullayev yeni təyinat almayıb.
“Əli Abdullayev nazirlikdə başqa vəzifəyə təyin edilməyib və işdən azad olunub”, - Mətbuat xidmətindən bildirilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın