“Prezident seçkilərində fırıldaqçılıq olub” - Tramp sübut edəcəyinə söz verib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş Prezidenti Donald Tramp bəyan edib ki, tezliklə ötən ilin payızında ölkədə keçirilmiş Prezident seçkilərində çoxsaylı pozuntuların olması barədə yeni sübutlar ictimaiyyətə təqdim olunacaq.
Bu barədə siyasətçinin bazar günü yayılmış bəyanatında söhbət açılır.
«Əhəmiyyətli və sözsüz sübutlar var ki, seçkilərin keçirilməsi fırıldaqçılıq və pozuntularla laxladılıb, hansı ki, əvvəllər ölkəmiz heç vaxt görməyib. Onların bir çoxu ictimaiyyətin «sərvətinə» çevrilib və daha çoxu da yaxın gələcəkdə meydana çıxacaq» - Tramp deyib.
Ağ Evin keçmiş başçısı aparıcı KİV-ləri bunda günahlandırıb ki, onlar «gücləri çatan hər şeyi edirlər ki, insanlara bunu öyrənməyə imkan verməsinlər və ya əslində nələrin baş verdiyi barədə oxumasınlar» və ştatların qanunverici orqanlarına səsvermə qaydalarını dəyişmək çağırışı edib ki, gələcəkdə də belə pozuntulara yol verilməsin.
ABŞ-da Prezident seçkiləri 2020-ci il noyabrın 3-də baş tutub. Seçicilər kollegiyası dekabrın 14-də (2020) səsvermənin nəticələrini təsdiqləyib. Onun əsasında demokrat Co Bayden qələbə çalıb.
Bu xəbər üçün şərh yazın