Prezident və Baş nazir birgə bəyanat verdi - Finlandiya NATO üzvü olur

Prezident və Baş nazir birgə bəyanat verdi - Finlandiya NATO üzvü olur 

Bu gün Finlandiya Prezidenti Sauli Niinisto və Baş nazir Sanna Marin ölkənin NATO-ya üzvlüyü ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda qeyd edilir ki, mayın 15-də xüsusi komissiya Finlandiyanın üzvlüklə bağlı rəsmi qərarını elan edəcək.

“NATO üzvlüyü Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya NATO üzvü kimi alyansın müdafiəsini bütünlükdə gücləndirəcək. Finlandiya yubanmadan NATO üzvlüyü üçün müraciət etməlidir. Ümid edirik, bu qərar üçün dövlət səviyyəsində gərəkən qərarlar bir neçə günə sürətlə veriləcək”,- sənəddə vurğulanır.

Xatırladaq ki, Finlandiya Rusiya ilə 1340 km-lik sərhəddə malikdir. İkinci dünya müharibəsindən sonra neytrallığını saxlayan Finlandiya müxtəlif vaxtlarda Moskva ilə Qərb arasında vasitəçi kimi çıxış edib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi