Professor Xaləddin İbrahimli:"Azərbaycanın nefti və qazı tükənəndən sonra Gürcüstan bizə problem yaradan dövlətə çevriləcək"

Professor Xaləddin İbrahimli:"Azərbaycanın nefti və qazı tükənəndən sonra Gürcüstan bizə problem yaradan dövlətə çevriləcək" - MÜSAHİBƏ

Gürcüstan hakimiyyətinin son bir ayda Azərbaycanda qızğın müzakirələrə səbəb olan addımları nədən doğur?

 Axalkalakidə erməni separatçısı Avakanyana heykəl qoyulması, separatçı Osetiya və Abxaziya sərhədlərin açılmasına dair Rusiya ilə əldə olunan razılaşma Bakı-Tiflis münasibətlərində bir sıra suallara səbəb olub. Maraqlıdır, Gürcüstan hökuməti sözügedən qərarları verərəkən, müttəfiqi və əsas ticarət partnyoru Azərbaycanın reaksiyasını niyə nəzərə almayıb? Bakı bunun qarşılığında hansı addımlar ata bilər?

Strateq.az-ın suallarını Türkiyədə yaşayan professor Xaləddin İbrahimli cavablandırıb:

– Gürcüstan hökuməti separatçı Abxaziya və Osetiya ilə sərhədləri açmağa qərar verib. Beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar razılaşma ilə nəticlənib. Bu anlaşmada Gürcüstan hökumətinin hədəfləri nədən ibarətdir? Sərhədlərin açılmasının Azərbaycana təsirləri necə olacaq?

– Gürcüstanın yeni prezidenti ermənilərə simpatiyası olan bir insandır. İşə başladığı ilk günlər iki xalqın – ermənilərin və gürcülərin zəngin tarixə sahib oldugundan danışmaga başladı, sanki bu bölgədə üçüncü xalq yoxmuş. Görünür, Fransada dogulub böyümək də onun düşüncəsində əlavə izlər buraxıb. Cavah bölgəsindəki heykəl hoqqası da belə simpatiyanın, münasibətin nəticəsidir. Ermənilər dərhal xanım əfəndini çözdülər və addımlarını atdılar. M.Saakaşvilinin zamanında niyə etmirdilər?

– Saakaşvili belə məsələlərə çox həssas yanaşırdı…

– Amma Gürcüstanın prezidenti düşünür ki, Abxaziya ilə əlaqələri bərpa etmək, dəmir yolunu və avtomobil yolunu açmaq münaqişənin həllinə, bölgəiçi inteqrasiyaya pozitiv təsir edəcək. Osetiya ilə baglı düşüncə də eynidir. Lakin bu, təkcə Gürcüstanın maraq və mənafeləri nəzərə alınmaqla ortaya atılan bir layihə deyil, əsas məsələlərdən biri də Abxaziya yollarını açmaqla Ermənistanla Rusiya arasında əlaqələri bərpa etməkdir. Çünki Osetiya üzərindən dəmir yolu yoxdur, avtomobil yolu isə qış ayları çox zaman baglı olur. Bunlarla yanaşı Rusiya ilə əlaqələri inkişaf etdirmək, münasibətləri yaxşılaşdırmaq kimi bir hədəf gözaltı edilib.

– Gürcüstan hakimiyyəti istər heykəl, istərsə də sərhəd məsələsində Azərbaycanın reaksiyasını gözardı elədi. Bu nə ilə bağlıdır, Azərbaycanın sərt münasibət göstərməyəcəyini yəqin əvvəldən proqnozlaşdırıblar…

– Gürcüstan Azərbaycandan çox ucuz enerji alır. Rusiyadan qaz asılılığını Azərbaycanın hesabına 100 faiz ortadan qaldırıb. 2018-ci ildən etibarən Rusiyadan bir kub metr də qaz almır. Azərbaycan-Ermənistan arasındakı münaqişədən, iki ölkə arasında əlaqələrin qırılmasından ən çox faydalanan Gürcüstan oldu. Münaqişə olmasaydı, heç şübhəsiz, iri kommunikasiya layihələrinin bir çoxu Ermənistan üzərindən gerçəkləşəcəkdi. Çünki bu yol daha rentabellidir. Bu layihələrin və Türkiyə-Azərbaycan arasındakı intensiv əlaqələrin hesabına Gürcüstan büdcəsi əlavə gəlirlər, həm də kiçik ölkə üçün ciddi gəlirlər əldə etdi. Nəticədə ölkədə sosial stabillik bərqərar olundu, həm də Abxaziya və Osetiyanın itirilməsindən yaranan geopolitik boşluk əsasən dolduruldu.

– Azərbaycan hökuməti hər iki məsələ ilə bağlı hansı addımılar ata bilər? Enerji amilindən təzyiq kimi yararlana bilərmi? 

– Separatçı bölgələrlə istənilən şəkildə əlaqə qurmaq və ya qurmamaq Gürcüstanın iç işidir. Təbii ki, yolların açılması ilk növbədə Ermənistana faydalıdır. Ancaq biz özümüzdən asılı olanların üzərində düşünməliyik.

– Məsələn, nə edə bilərik?

– Elə şeylər var ki, onu açıq demək lazımdır. Əmin olun ki, Azərbaycan nefti və qazı tükənəndən sonra Gürcüstan Azərbaycana istənilən vaxt problem yaradan bir dövlətə çevriləcək. Hələ möhtac ola-ola bu qədər şıltaqlıq edir. Enerji asılılıgı ortadan qalxandan sonra nələrin olacagını təsəvvür etmək çətin deyil.

Biz nə etməliyik? Bunu hər zaman demişik. Azərbaycanın açıq sulara və Türkiyəyə yolu olan bu dövlətlə normal münasibətləri qorumagın təkcə və etibarlı bir sahəsi var. Bu, çox uzuc verilən neft və qaz deyil. Bu, orda cəm şəkildə yaşayan yarım milyonluq soydaşımızın bütün sahələrdə güclənməsini təmin etməkdir. Bu vaxta qədər olmadı, bundan sonra heç olmasa olsun. Çünki irəlidə Azərbaycan ciddi maneələrlə üzləşə bilər.

E.Rüstəmli

Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər