"Prokuror istintaqa düzgün nəzarət etsə idi, bu qədər özbaşınalıq olmazdı" - Şirvan şəhər sakini Baş Prokurora müraciət edib
Şirvan şəhər Polis Şöbəsində bir çox vəzifəli şəxsin cəzalandırılması ilə bağlı daha əvvəl də məlumat vermişdik.
Buna səbəb isə vətəndaş Mirzəyev Ramin İlyas oğluna qarşı həmin şəxslər tərəfindən yol verilən pozuntular olub. Belə ki, Ramin Mirzəyevi Polis Şöbəsinin əməkdaşları əsassız bir şikayətlə bağlı şöbəyə dəvət edib, ona ağır işgəncələr verərək etiraf edici izahat imzaladlb və azadlığa buraxmaq üçün qohumundan 5000 manat rüşvət alıblar.
Ramin Mirzəyevin atası İlyas Mirzəyev faktla əlaqədar Şirvan Şəhər Prokurorunun da vəzifə səlahiyyətlərdin düzgün icra etməməsi ilə bağlı Baş Prokurora müraciət ünvanlayıb.
"Legitim.az"-ın məlumatına görə İlyas Mirzəyev Baş Prokurora müraciət edərək, oğlunun heç bir cinayət əməli törətmədiyini, yol verilən bütün hüquqa zidd əməllərin sifariş xarakter daşıdlğını bildirib: “Oğlum Ramin Mirzəyevin guya evindən narkotik vasitə aşkar edən, ona dəfələrlə işgəncə verən və əsassız formada həbs edən polis əməkdaşlarına Şirvan Şəhər Prokurorluğu tərəfindən heç bir nəzarət edilməyib. Dəfələrlə polis özbaşınalığının müşahidə olunduğu həmin polis şöbəsinə bir dəfə də olsun Şirvan şəhər Prokuroru Fuad Məmmədovun nəzarət etdiyininn şahidi olmamışam. Halbuki həmin əməkdaşların yol verdikləri qanunsuzluqlar ilk başda şəhər prokuroru tərəfindən aşkar edilməli və zəruri tədbirlər görülməli idi. Hətta ən əvvəldən prokuror tərəfindən istintaqa düzgün nəzarət edilsə idi, bu qədər özbaşınalıq olmazdı.Bir polis şöbəsindəki pozuntuları şəhər prokuroru deyil, Daxili İşlər Nazirliyi aşkar edirsə və cəza verilirsə, həmin prokurorun fəaliyyətinin səmərəliliyi ciddi formada araşdırılmalıdır.
Bir daha bildirirəm ki, artıq oğlumun təqsirləndirilməsinə dair işin Şirvanda araşdırılması yolverilməzdir. Mən artıq işin Şirvan polisində araşdırılmasına etiraz edirəm.
Hörmətli cənab Baş Prokuror!
Sizdən bir ata kimi Şirvan şəhər Prokurorluğunun fəaliyyətini nəzarətə götürməyinizi və oğlumun əsassız formada təqsirləndirilməsinin qarşısını almağınızı, işin Şirvan polisindən alınmasını xahiş edirəm.”
Bu xəbər üçün şərh yazın