Putin atəşkəs çağırışı etdi
Rusiya Prezidenti Vladimir Putin əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün tərəfləri Qarabağda atəşkəsə çağırıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə bu məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri 9 oktyabrda Moskvaya dəvət edilib”, - Putin bildirib.
Qeyd edək ki, Azərbaycanın nə əsir düşən əsgəri, nə də düşməndə qalan şəhid nəşi var. Ermənilərin isə döyüş meydanında minlərlə əsgərinin meyitinin qaldıığı bildirilir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın