Putin Co Baydenin oğlunun Ukraynadakı qalmaqallı əməllərindən danışıb
ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizədi Co baydenin oğlu Hanterin Ukraynadakı biznes fəaliyyəti ilə bağlı yeni qalmaqallı informasiyalar ortaya çıxır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, demokratlar bu məsələdə Tramp hakimiyyətinin Kremllə əlbir olaraq, birlikdə hərəkət etdiyini bildirirlər.
Ruisya prezidenti Vladimir Putin isə bununla bağlı bütün söyləntiləri qətiyyətlə rədd edib. “Rossiya 1” kanalında “Moskva, Kreml, Putin” adlı proqramda müsahibə verən Rusiya dövlət başçısı Hanter Baydenin “Burisma” şirkətindəki əməlləri barədə respublikaçılara heç bir informasiya ötürmədiklərini deyib.
Onun sözlərinə görə bu sırf ABŞ və Ukrayna arasında problemdir. “Mənim bilidiyimə görə, Ukraynada Hanter Baydenin özünün idarə etdiyi bir firma olub. Özü də o, burada heç də pis qazanmayıb. Lakin mən burada heç bir kriminal hal görmürəm”,- deyə Vladimir Putin qeyd edib.
Elə prezident Doanld Tramp da Rusiyanın Hanter Bayden işi ilə hər hansı əlaqəsi olduğunu inkar edir. O, bununla ABŞ Nümayəndələr palatasının Kəşfiyyat komitəsinin sədri Adam Şiffin iddialarının yalandan ibarət olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Donald Trampın tərəfdarları Co Baydenin oğlunu korrupsiyada günahlandırır. Onların fikrincə Böyük Bayden hələ Barak Obama dövründə vitse-prezident olarkən oğlunun Ukraynadakı biznesinə himayədarlıq göstərib. Hanter Bayden 2019-cu ilə qədər həmin ölkədə “Burisma Holdings” adlı neft-qaz şirkətinin İdarə heyətini üzvü, faktiki olaraq isə rəhbəri olub.
Bu xəbər üçün şərh yazın