PUTİN PREZİDENT SƏLAHİYYƏTLƏRİNİN BİR QİSMİNİ PARLAMENTƏ VERİR- Rusiya prezidenti Federal Məclisə müraciət etdi -

PUTİN PREZİDENT SƏLAHİYYƏTLƏRİNİN BİR QİSMİNİ PARLAMENTƏ VERİR- Rusiya prezidenti Federal Məclisə müraciət etdi - YENİLƏNİR

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində yeni Konstitusiyaya ehtiyaс görmədiyini, lakin hazırkına bəzi dəyişikliklər edilə biləcəyini deyib.

 Putin dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin Dövlət Dumasına verilməsini təklif edib.

Təklifə əsasən, parlamentin Baş nazirin və onun bütün müavinlərinin, həmçinin federal nazirlərin namizədliyini təsdiqləmək hüququ olacaq.

Prezident təklif olunan namizədləri təsdiqləməli olacaq və onları rədd etmək hüququna malik olmayacaq. Lakin dövlət başçısı Baş naziri və digər vəzifəli şəxsləri vəzifəsindən uzaqlaşdıra biləcək. “Rusiya, liderin Baş nazir və nazirləri kənarlaşdırmaq hüququnun olduğu güclü prezident respublikası statusunu qorumalıdır”, – deyə Putin bildirib.

Prezident silahlı qüvvələrə rəhbərlik etmək hüququnu da özündə saxlayacaq.

Putin eyni zamanda, iki dəfədən çox müddətə prezident seçilməsinin mümkünlüyü barədə müddəada “ardıcıl” sözünün çıxarılmasının müzakirə olunmasını təklif edib. Dövlət başçısının sözlərinə görə, o bunu əsaslı bir dəyişiklik hesab etmir.

Rusiya prezidenti ölkə başçısı vəzifəsinə namizədlərin seçimini sərtləşdirməyi də təklif edib. Onun fikrincə, bu posta Rusiyada ən azı 25 il yaşayanlar və başqa vətəndaşlığı olmayanlar namizəd ola bilər./Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi