“Putin SSRİ-ni bərpa etmək istəyir” - ABŞ prezidenti
“Putin – qəsbkardır. Müharibəni o başlayıb. İndi həm özü, həm də ölkəsi bunun acı nəticəsini görəcək”.
Novator.az saytı xəbər verir ki, fevralın 24-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya hücuma görə Rusiyaya tətbiq olunan yeni sanksiyaları elan edərkən belə deyib.
Rusiyanın hərbi təcavüzündən danışarkən ABŞ prezidenti vurğulayıb ki, məsələ tək Ukraynada deyil: “Rusiya prezidenti Vladimir Putinin ambisiyaları Ukraynanın hüdudlarını aşır. O, mahiyyətcə keçmiş Sovet İttifaqını bərpa etmək istəyir. Məsələ bundadır. Və onun bu iddiası dünyanın indiki inkişafı ilə daban-dabana ziddiyyət təşkil edir”.
Cozef Bayden hazırda Vladimir Putinlə hər hansı danışıq aparmaq niyyətində olmadığını söyləyib.
ABŞ prezidenti sanksiyaların Rusiyanı zəiflədəcəyinə əminliyini ifadə edib: “Ukraynaya hücum Rusiyaya, onun iqtisadiyyatına baha oturacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın