Putin SSRİ-ni bərpa etsə də, dayanmayacaq - Nuland
Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa cəhd edə bilər.
Bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.
“Qorxular var ki, Putin Sovet İttifaqını yenidən yaratmağa çalışır, sonra kim bilir, onun iştahı yediyi ilə doyacaq, yoxsa daha da irəli getmək qərarına gələcək?” - o qeyd edib.
O, Moskvanı Kiyevlə hipotetik silahlı münaqişəyə qarşı xəbərdar edib və bildirib ki, Ukrayna ordusu son illərdə modernləşdirilib:
“Müharibə Ukrayna üçün necə qanlı və çətin olacaqsa, Rusiya üçün də elə olacaq”./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın