"Putin tezliklə xalq üçün silah və yağ arasında seçim etməli olacaq" - Borrel
“Rusiyanın hərbi maşınının təkcə pula deyil, həm də texnologiyaya ehtiyacı var”.
Report.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel “DW”yə müsahibəsində bildirib.
O deyib ki, Rusiya tanklarında qərb dövlətlərinin istehsal etdikləri komponentlərdən istifadə olunur: “Rusiyanın Ukraynada vurulan tanklarının korpusuna diqqət etsəniz qərb şirkətlərinə aid çox sayda elektron komponentlər görərcəksiniz. Rusiya bundan sonra onları əldə edə bilməyəcək”.
Avropa İttifaqının baş diplomatı Rusiya iqtisadiyyatının Qərbin sanksiyalarından ciddi zərbə almadığı, Avropa istehlakçılarının isə artıq elektrik enerjisinə görə yüksək ödənişlərin ağır yükünü hiss etmələri ilə bağlı iddiaları təkzib edib. Onun qənaətincə, Rusiyadan təbii qaz idxalını azaltmaqdan daha vacib RF iqtisadiyyatının bütün dünya ilə əlaqələrini kəsməyə yönəlmiş səylər göstərilməlidir.
Joozep Borrel qeyd edib ki, bu il Rusiyada Ümumi Daxili Məhsulun həcmi 10 faiz azalacaq: “Bu isə keçmiş SSRİ dağılandan bəri ən böyük tənəzzülə gətirib çıxaracaq. Çox yaxında Rusiya Prezidenti Vladimir Putin xalq üçün silah və yağ arasında seçim etməli olacaq”.
Jozep Borreel Avropa İttifaqının Rusiya təbii qazından asılılığını 40 faizdən 20 faizədək azlatdığnı bildirib.
Onun sözlərinə əsasən, azadlığnı, müstəqillyini müdafiə etmək üçün Ukraynanın daha çox silaha ehtiyacı var və o, bunu alacaq.
Bu xəbər üçün şərh yazın