Putindən “sədaqət andı” fərmanı – “Vaqner” təhlükəsindən bu yolla qorunmağa çalışır
"Vaqner”in lideri Yevgeni Priqojinin müəmmalı ölümündən sonra bir qrup muzdlu döyüşçünün “intiqam andı” içdiyinə dair xəbərlər yayılıb.
Priqojinin ölümüylə əlaqədar qisas alacağına söz verən “Vaqner” döyüşçülərinin görüntüləri Rusiyada yeni qiyam ehtimalını gündəmə gətirib.
AzPolitika.info xəbər verir ki, Rusiya lideri Vladimir Putin getdikcə artan “Vaqner” təhükəsinin qarşısını almaq üçün dərhal hərəkətə keçib.
O, ötən gün “Vaqner” döyüşçülərinə Rusiya uğrunda “sədaqət andı” içməyi əmr edən fərman imzalayıb. Kremlin saytında dərc olunan fərmana əsasən, “Vaqner” sıralarında döyüşənlərdən rəsmi and içmək və komandirlərin əmrlərinə tabe olmaq tələb olunur.
Rusiya mətbuatının yazdığına görə, bu addım Ukrayna müharibəsində mühüm rol oynamış “Vaqner” üzərində dövlət nəzarətini artırmaq məqsədi daşıyır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın