PUTİNƏ QARŞI SİLAHLI MÜQAVİMƏT HƏRƏKATI ELAN OLUNDU –

PUTİNƏ QARŞI SİLAHLI MÜQAVİMƏT HƏRƏKATI ELAN OLUNDU – Siyasi mərkəz Kiyevdə yerləşəcək

Putinə partizan müharibəsi elan olundu - Təşkilatlar birləşdi, koordinatlar açıqlandı... Rusiya müxalifəti Putinə qarşı silahlı müqavimətin başlanmasını rəsmi qaydada təsdiqləyib.

Azpolitika.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sabiq deputatı, müqavimətin koordinatoru və lideri İlya Ponomaryov açıqlama yayıb.

İrpendə "Azad Rusiya" legionu, "Rus könüllülər korpusu" və "Milli Respublika ordusu" arasında Putinə qarşı Rusiyanın daxilində silahlı müqavimətə başlamaq üçün birgə fəaliiyət barədə deklarasiya imzalanıb. Silahlı müqavimətin birgə siyasi mərkəzi Kiyevdə yerləşəcək. Müqavimətin məqsədi Putinin devrilməsi və Rusiyada demokratik dövlətin qurulmasıdır.

Dünənki toplantıda Ukrayna tərəfindən Prezident Administrasiyasının məsləhətçisi Aleksey Arestoviç, Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Qeraşenko, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu və başqaları iştirak edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi