Putini Soçiyə müşaiyət edən təyyarə sıradan çıxıb –Hava limanında qalıb

Putini Soçiyə müşaiyət edən təyyarə sıradan çıxıb –Hava limanında qalıb 

Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki "Vnukovo" hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu "Tu-204" təyyarəsi sıradan çıxıb.

Bu barədə məlumatı"Life" portalı yayıb. Sayt xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib. Vəziyyəti şərh edən Rusiya Prezidenti İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır: "Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik", – o deyib.

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi