“PUTİNİN ÇIXIŞINDA TƏHLÜKƏLİ MƏQAMLAR DA AZ DEYİL” -

“PUTİNİN ÇIXIŞINDA TƏHLÜKƏLİ MƏQAMLAR DA AZ DEYİL” - Ekspertlərin şərhi

Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləbərə toxunub.

O, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirib. Amma eyni zamanda status məsələsinin həllinin bu günün məsələsi olmadığına da işarə edib. Rusiya rəhbəri Ermənistanın noyabrın 10-da əldə olunmuş üçtərəfli razılaşmaya əməl etməsinin vacibliyini vurğulayıb.

"Əks təqdirdə, bu Ermənistan üçün intihar olar"- deyə, Putin qeyd edib.

Rusiya prezidentinin dediklərini şərh edən politoloq Elxan Şahinoğlu Putinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarını açıqlamasına toxunub: "Putin Paşinyanı "baqaja" qoydu, bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib.

Ancaq Putinin çıxışında bizim üçün təhlükəli məqamlar da az deyildi. Kreml sahibi Dağlıq Qarabağın “status-kvosunun” davam edəcəyini vurğuladı. Bu o deməkdir ki, ordakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər.

Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə cavabı belə oldu: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik...” 

Yəni, Kreml sahibi bununla sanki demək istədi ki, “hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik”. Cənubi Osetiyanın “tanınması” məhz sülhməramlılarla əlaqəli olmuşdu".

Politoloq qeyd edib ki, Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərdiyini ilk dəfə açıqlamış oldu: "Rusiya prezidenti dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi".

Xatırladaq ki, Vladimir Putin müsahibədə Türkiyə haqqında da fikirlərini bölüşdü. 

E. Şahinoğlu deyir ki, Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı: "Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi: “Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə, Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə, Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil".

Azərbaycan Demokratiya və Rifah Hərəkatınının rəhbəri Qubad İbadoğlu isə Rusiya prezidentini mesajlarında aşağıdakə nəticəyə gəldiyini yazıb:

"1. Qarabağ probleminin yaranmasında və digər məsələlərdə də SSRİ-nin zəifləməsini və dağılmasını səbəb bilir. SSRİ-nin bərpasında hələ də marağı qaldığını nümayiş etdirir.

2. Qarabağ probleminin həllində tutduğu mövqeni beynəlxalq hüquqa hörməti ilə əsaslandırır və rus qoşunlarının Qarabağda mövcudluğunu legitim sayır.

3. Çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə nə Ermənistanda, nə də Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın.

4. Qarabağda rus qoşunlarını saxlamağa və bölgədə kommunikasiya xətlərinin bərpasına uzunmüddətli layihə kimi baxır.

5. Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, onu nə Azərbaycana, nə də Ermənisana vermək istəmir. Hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid də edir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi