PUTİNİN ƏTRAFINDAKI ALKOQOLİKLƏR... - “O, ən yaxın ətarfının içkiyə qurşanmasından narahatlıq keçirir”
“Putini ən yaxın ətrafının və Rusiya Federasiya rəhbərliyində təmsil olunan şəxslərin bu ilin fevral ayından başlayaraq, həddindən artıq alkoqol aludəçisinə çevrilmələri narahat etməyə başlayıb”.
AzPolitika.info xəbər verir ki, bunu Rusiyanın “Meduza” kanalı Kremldəki vəziyyətlə bağlı məlumatında bildirib.
Nəşr yazır ki, Kremldəki iki mənbənin məlumatına görə, Putin yüksək rütbəli məmurların alkoqolla bağlılıq probleminə xüsusi diqqət ayırmağa başlayıb: “Çünki Ukraynaya qarşı müharibə fonunda rusiyalı məmurlar qat-qat daha çox spirtli içki qəbul etməyə başlayıblar. Rusiya prezidentini ən çox narahar edən xüsusilə də ən yaxın ətrafının vəziyyətidir. Onlar fevraldan başlayaraq, streslərini bu cür atırlar – nazirlər, onların müavinləri, hətta baş nazirin bəzi müavinləri, Prezident Administrasiyasının və Təhlükəsizlik Şurasının məmurları, dövlət şirkətlərinin rəhbərləri, qubernatorlar və sair”.
“Meduza”nın mənbələri bildirirlər ki, yüksək rütbəli məmurların stress keçirmələri və daha güclü şəkildə alkoqolizmə qurşanmaları heç də Rusiyanın Ukraynadakı məğlubiyyətləri ilə yox, sanksiyalar nəticəsində şəxsən onlara və bizneslərinə, eləcə də öyrəşdikləri həyat tərzinə dəyən zərbə ilə əlaqədardır.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Rusiyanın sabiq prezidenti və hazırda Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini tutan Dmitri Medvedevin alkoqolizmdən əziyyət çəkdiyi və hətta Kreml rəhbərliyi tərəfindən məcburi müalicəyə göndərildiyi, lakin müalicədən imtina etdiyinə dair məlumatlar yayılıb. Həmçinin, Medvedevin sosial şəbəkələrdəki məlum qalmaqallı və bütün dünyanı nüvə silahı ilə hədələyən mətnləri də çox vaxt içkili vəziyyətdə paylaşdığı iddia olunur. Məhz buna görə sabiq prezidentin bəzən öz paylaşımlarını sonradan, yəni, ayılandan sonra sildiyi bildirilir.
Bu xəbər üçün şərh yazın